HƏMAS daha iki girovun meyitini İsrailə təhvil verəcək KONKRET

18.10.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fələstinin “HƏMAS” hərəkatı daha iki israilli girovun cəsədini yerli vaxtla saat 22:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadası”nın Telegram kanalında bildirilib.

“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma çərçivəsində iki əsir cəsədin saat 22:00 radələrində tibb əməkdaşlarına təhvil verilməsi qərara alınıb”, – deyə qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью