GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
HƏMAS bu gecə daha iki israilli əsirin meyitini təhvil verəcəklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın yazılı bəyanatında qeyd olunub.
Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində bu gün dağıntılar altından çıxarılan iki israilli əsirin meyiti bu axşam təhvil veriləcək.
Həmçinin qeyd olunub ki, əlavə meyitlərin təhvil verilməsi üçün Qəzzada dağıntılar altındakı meyitləri çıxarmaq məqsədilə xüsusi texnikaya ehtiyac var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.