HƏMAS dan atəşkəsə cavab gəldi İsrail təfərrüatları araşdırır

05.07.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

İsrail rəsmiləri Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-ın son təklifinə cavab aldıqlarını təsdiqləyiblər.

Ynet portalının xəbərinə görə, İsrail tərəfi daxil olan cavabın detalları üzərində işləyir.

Rəsmi açıqlamada bildirilib: “Cavab alınıb və onun təfərrüatları öyrənilir”.

Qeyd edək ki, bir neçə gün öncə HƏMAS vasitəçilər vasitəsilə atəşkəs planına müsbət münasibət bildirmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью