HƏMAS dan İrana arxadan ZƏRBƏ

31.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fələstin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəsi qorumaq üçün silahlarını sıradan çıxarmaq planına razılıq verib. 

Xəbəri Sülh Şurası təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin nəzarətində olan Sülh Şurası “X” sosial media platformasında dərc olunmuş açıqlamada bildirib: 

"İlk dəfə olaraq, HƏMAS bütün silahlarını sıradan çıxarmaq üçün planı həyata keçirməyə rəsmi olaraq öhdəlik götürüb və ardınca İsrailin Qəzza zolağından çıxması gözlənilir".

Başqa bir açıqlamada qeyd olunub ki, bütün diqqət hazırda planın həyata keçirilməsinə yönəlib.Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov “X” sosial media platformasındakı açıqlamada yazıb: 

"Qarşımızda fələstinlilər tərəfindən idarə olunan və İsraillə sülh şəraitində olan yenidən qurulmuş Qəzza, eləcə də İsrail-Fələstin münaqişəsinin mənalı şəkildə həlli üçün siyasi perspektivlər var".

HƏMAS-ın danışıqçısı Qazi Həməd Əl-Cəzirəyə bildirib ki, İsrail gecikərsə, hərəkat müqaviləni həyata keçirməyəcək:

"İsrail işğalçı qüvvələri müqavilə üzrə öhdəliklərini yerinə yetirməsə, HƏMAS Qəzza ilə sülh müqaviləsinin heç bir bəndini həyata keçirməyəcək".

Onun sözlərinə görə, tərksilah məsələsi Qəzzanı idarə edən milli komitə tərəfindən həll ediləcək: "Həmas Fələstin xalqının hüquqlarını qorumaqdan ibarət milli məqsədlərində sadiq qalır".

Öz növbəsində, ABŞ-ın yüksək vəzifəli rəsmisi brifinq zamanı bildirib ki, əgər İsrail Qəzzanın yenidən qurulması üçün 20 maddəlik planının həyata keçirilməsinə icazə verməsə, ABŞ Prezidenti Donald Tramp çox məyus olacaq:

"Biz İsraildən əvvəlcə razılaşdırdıqları 20 maddəlik planın bir hissəsi olmayan bir şey etməsini istəmirik və buna görə də əminik ki, onlar buna əməl edəcəklər. Əgər onlar bunu etməsələr, Prezident Tramp çox, çox məyus olacaq".O əlavə edib ki, ABŞ İsrailin müqavilənin şərtlərinə əməl edəcəyinə inanır.

"Onlar HƏMAS-ın silahsızlaşdıracağına çox şübhə ilə yanaşırlar. Amma HƏMAS razılaşma əldə etdi. HƏMAS cəsədləri və girovları geri qaytarmaqla istədiyinə nail olub, ona görə də niyyətimiz İsraili öhdəliklərinə əməl etməyə və dürüst vasitəçi ola biləcəyimizi təmin etməkdir".

Bu arada, “Axios” iki ABŞ rəsmisinə istinadən yazıb ki, HƏMAS-ın vasitəçilərlə - Qətər, Türkiyə və Misirlə aylarla davam edən danışıqlardan sonra müqavilənin şərtlərini qəbul edib.

Onların sözlərinə görə, əsas fiqur danışıqlara ev sahibliyi edən və HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya ilə sıx əlaqələri olan Misir kəşfiyyat rəisi Həsən Rəşad idi.

Eyni zamanda, portalın məlumatına görə, İran HƏMAS-ı “əks istiqamətə” sövq edirdi.Yüksək vəzifəli ABŞ rəsmisi “Axios”-a bildirib ki, Tehran HƏMAS-ı müqavilədən imtina etməyə inandırmağa çalışıb, lakin qrup onun məsləhətinə əməl etməyib.

Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, tərksilah planının yaxın həftələrdə tətbiqinə başlanılması gözlənilir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью