HƏMAS dan komandirinin ölümü ilə bağlı açıqlama

07.05.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

HƏMAS İzzəddin əl-Qəssam Briqadasının komandirinin Livanda İsrailin hava hücumu nəticəsində öldüyünü təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat yayılıb.

“Hərbi lider Xalid Əhməd əl-Əhməd Livanın cənubundakı Sayda şəhərində səhər namazı üçün məscidə gedərkən öldürülüb. Briqada verdiyi itkilərə baxmayaraq, işğala qarşı müqavimət göstərməyə və Qəzza əhalisini qorumağa davam edəcək”, - qeyd olunub.

Qeyd edək ki, daha öncə İsrail ordusu HƏMAS-ın Livandakı hərbi qanadının Qərb briqadasının komandirini məhv etməsi barədə məlumat yaymışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью