Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
HƏMAS bildirib ki, İsrailin Xan Yunusda məcburi köçkünlərin yaşadığı çadırları hədəf alması və nəticədə 7-si eyni ailədən olan 19 fələstinlinin ölümü atəşkəsin açıq şəkildə pozulmasıdır.
Turkustan.az xəbər verir ki, HƏMAS atəşkəsə baxmayaraq, İsrailin Qəzza zolağına davam edən hücumları ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda İsrailin Xan Yunisdə bir köçkün ailəsinin qaldığı çadırı hədəf aldığı və eyni ailənin 7 üzvünü öldürdüyü, son saatlarda Qəzzanın müxtəlif bölgələrində ölənlərin sayının 6-sı uşaq olmaqla 19-a çatdığı bildirilir.Bu hücumların "iyrənc cinayət" olduğu və mülki şəxslərin, xüsusən də uşaqların qaldığı çadırların hədəfə alınmasının atəşkəs razılaşmasının "təkrarlanan və kobud şəkildə pozulması" olduğu vurğulandı.
Bəyanatda qeyd olunur ki, İsrailin Qəzzaya atəşkəs sazişinin imzalanmasından təxminən dörd ay sonra belə davam edən hücumları sazişi qəsdən etibarsız etmək cəhdi təşkil edir və bu, İsrailin atəşkəsə və vasitəçilərin səylərinə qeyri-səmimi yanaşmasını ortaya qoyur.
Aytən Yaşar/ Turkustan.az