HƏMAS davamlı atəşkəsin başladığını ELAN ETDİ

09.10.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

HƏMAS hərəkatı İsrail ilə davamlı atəşkəsin başladığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya "Al Jazeera"nin efirində danışıb.

"Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin qəti şəkildə başa çatdığına dair təminatlar aldıq", - o vurğulayıb.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsi üzrə saziş imzaladığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью