Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibəni dayandırmaq və girovları azad etmək planını rədd edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmisi “BBC”yə açıqlaması zamanı məlumat verib.
O bildirib ki, plan İsrailin maraqlarına xidmət edir və Fələstin xalqının maraqlarına məhəl qoymur.
Onun sözlərinə görə, HƏMAS planın bir neçə əsas müddəasına qarşıdır.
“Bunlara HƏMAS-ın tərksilah edilməsi və 72 saat ərzində saxladığı 48 girovun hamısının azad edilməsi tələbi çağırışıdır”, - deyə rəsmi vurğulayıb.
Qeyd edək ki, girovların azad edilməsi və HƏMAS-ın tərksilah edilməsi İsrailin müharibəni dayandırmaq üçün əsas şərtlərindəndir.
Daşqın Həsənov
Missiya.Az