Icma.az bildirir, Axar.az portalına istinadən.
HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı əsirlərin siyahısını İsrailə sabah verəcək.
Axar.az xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin deyib.
"Sabah biz İsrailə döyüşçülərimiz tərəfindən saxlanılan dörd əsirin adını verəcəyik, əvəzində isə fələstinli girovların siyahısını təhvil alacağıq", - Cabarin vurğulayıb.
Mübadilə siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş tutacaq.