Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər: "Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".
HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.