Icma.az, Oxu.az saytına istinadən bildirir. Fələstinin "Həmas" hərəkatı uzun fasilədən sonra Qəzza bölgəsində girov saxlanılan şəxslərdən bi
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər verib.
Bildirilir ki, kadrlarda ABŞ-İsrail ikili vətəndaşlığı olan Edan Aleksandr həm İsrailin baş naziri Benyamin Netanyahuya, həm də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa müraciət edərək girovların azad edilməsi üçün danışıqlar aparılmasına çağırış edib.
20 yaşlı gənc göz yaşları içində çəkilmiş videoda deyir: "Hörmətli cənab Tramp, mənim adım Edan Aleksandrdır.
Mən amerikalı İsrail vətəndaşıyam və hazırda Qəzza zolağında girov saxlanılıram.
Bir amerikalı olaraq həmişə ABŞ-nin gücünə inanmışam və indi sizə müraciət edirəm.
Xahiş edirəm, bütün nüfuzunuzdan və imkanlarınızdan istifadə edərək azadlığımız üçün danışıqlar aparasınız".
Aleksandr mesajının sonunda ailəsinə səslənərək dözümlü olmağa çağırıb.