HƏMAS girov yerinə İsrailə naməlum cəsəd verdi

21.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"HƏMAS hərəkatının radikalları İsrailli girov Şiri Bibasın cəsədi əvəzinə naməlum Qəzza sakininin cəsədini təhvil veriblər". 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. 

O, bunu razılaşmanın qəddar və alçaq şəkildə pozulması kimi qiymətləndirib: "HƏMAS canavarlarının qəddarlığının həddi-hüdudu yoxdur. Onlar nəinki Bibasın atasını, onun anasını və iki azyaşlı uşağını da qaçırıblar. Bunun əvəzində naməlum bir qadının cəsədini qaytarıblar.

Biz Şirini, həm diri, həm də ölü bütün girovlarımızla birlikdə evə gətirmək üçün qətiyyətlə hərəkət edəcəyik. Biz əmin edirik ki, HƏMAS razılaşmanın bu vəhşi və alçaq şəkildə pozulmasının əvəzini tam ödəyəcək".

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью