HƏMAS girovlardan birini azad etmədi, İsrail isə...

26.01.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.

Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.

Xatırladaq ki, bundan əvvəl HƏMAS atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью