Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Fələstinin HƏMAS təşkilatı Qəzza zolağında azad edilən girovların ilk qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” teleradio şirkəti məlumat yayıb.
Teleradio şirkətinin məlumatına görə, ilk qrup yeddi nəfərdən ibarətdir.
Gün ərzində ümumilikdə 20 canlı girovun azad ediləcəyi gözlənilir.
“Əl-Əqsa” telekanalının məlumatına görə, əsirləri azadlığa buraxıldıqları yerə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının tərəfdarları gətiriblər.