HƏMAS ı silahlandıran SEPAH komandiri evində öldürüldü Video

21.06.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 7-də törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin Korpusunun komandiri Məhəmməd Səid İzadi Qum şəhərindəki mənzilində qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib.

“Bu, İsrail kəşfiyyatı və Hərbi Hava Qüvvələri üçün böyük nailiyyətdir. İsrailin uzun qolu bütün düşmənlərinə çatacaq”, - nazir əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью