HƏMAS iki israilli əsiri azad etdi FOTO

01.02.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraillə bağlanmış atəşkəs və əsirlərin azad edilməsi barədə razılaşma çərçivəsində HƏMAS hərəkatı bu gün daha iki israilli əsiri azad edib.

Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, əsirlər Qəzza zolağının şimalında Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinə təhvil verilib. Gün ərzində daha bir israilli əsirin də azadlığa buraxılacağı gözlənilir.

Razılaşmaya əsasən, İsrail tərəfi bu gün öz həbsxanalarında saxlanılan 183 fələstinli məhbusu sərbəst buraxmalı olduğunu öhdəsinə götürüb.

Qeyd edək ki, sözügedən Doha razılaşmasının imzalanmasından bəri bu, dördüncü əsir mübadiləsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью