HƏMAS iki İsrailli girovun videosunu yaydı

06.04.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstinin HƏMAS radikal hərəkatı sosial şəbəkədə israilli girov olduğunu iddia etdiyi iki nəfərin videosunu yayımlayıb.

"Ölkə.az" xəbər verir ki, videodakı kişilər özlərini təqdim etmirlər və özləri haqqında heç bir məlumat vermirlər.

Eyni zamanda İsrailin “Ynet” portalı videodakı şəxslərdən birinin Donbassdan olan Maksim Xarkin olduğunu iddia edir.

Videomüraciət zamanı həmin şəxslər İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının bombardmanı zamanı yaralandıqlarından şikayətləniblər.

Aprelin 2-də İsrailin müdafiə naziri İsrael Katz İsrail ordusunun Qəzza zolağında əməliyyatlarını genişləndirəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, İDF-nin nəzarətə götürəcəyi yeni ərazilər bufer zonasının bir hissəsi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью