HƏMAS ın “baş naziri” öldürüldü

18.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

HƏMAS “hökumətinin” “baş naziri” İssam əd-Dəllis İsrail aviasiyasının Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri onun olduğu evə düşüb.

Qeyd edək ki, martın 18-də İsrail aviasiyasının Qəzzaya zərbələri nəticəsində 310 nəfər ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью