HƏMAS ın bölük komandiri öldürüldü

22.08.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı olan "Deyr əl-Bəlah" batalyonunun bölük komandiri Şərif əl-Həsənata endirilib. O, İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda deyilir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əl-Həsənat terror hücumlarının planlaşdırılmasına, həyata keçirilməsinə nəzarət edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью