HƏMAS ın daha bir komandiri zərərsizləşdirildi

24.09.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu yeddi vətəndaşın girov saxlanılmasında iştirak etmiş HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbdülfəttah Əvadı zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar planlaşdırır, eləcə də HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olurdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью