HƏMAS ın hərbi kəşfiyyat komandiri öldürüldü

26.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzada hava hücumları nəticəsində HƏMAS hərbi kəşfiyyat bölməsinin komandirini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat verib.
Başqa bir hava hücumunda isə HƏMAS-ın hərbi qanadının mühəndislik bölməsinin komandiri zərərsizləşdirilib.
“İDF Qəzza şəhərində hava hücumu həyata keçirib və nəticədə, HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin komandiri Məhəmməd Halavanı öldürüb. Başqa bir hava hücumunda isə HƏMAS-ın hərbi mühəndislik bölməsinin komandiri Əhməd Zahir Fuad Əbu-Ode zərərsizləşdirilib”, - İDF mətbuat xidməti bildirib.
Mətbuat xidmətinin məlumatına görə, öldürülən şəxslər İsrail əsgərlərinə və mülki şəxslərə hücumlar hazırlayır, HƏMAS-ın hərbi potensialını bərpa etməyə çalışır, həmçinin atəşkəsi sistematik şəkildə pozurdular.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью