HƏMAS ın iki komandiri öldürülüb FOTO

24.03.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının iki komandirini öldürüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, son bir neçə gün ərzində İsrail HƏMAS-ın hərbi imkanlarını zəiflətmək, yəhudi dövləti və onun hərbi personalına qarşı təhdidləri aradan qaldırmaq məqsədilə Qəzza zolağının hər yerində terrorçu hədəflərə və yaraqlılara zərbələr endirib. Bu partlayışlar zamanı Qəzza Briqadası komandirinin müavini Əhməd Şimali öldürülüb. Əhməd Şimali əməliyyatlar, hücum strategiyasının planlaşdırılması və 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın döyüş əməliyyatına hazırlıq zamanı briqada qüvvələrinin formalaşdırılması, eləcə də müharibə zamanı Qəzza Briqadasının qüvvələrinin yerləşdirilməsinə cavabdeh idi.

Şücaiyyə batalyonunun komandiri Cəmil Vadiyanın öldürlüməsi barədə də məlumat var. O, bir vaxtlar bu vəzifədə 2023-cü ilin dekabrında ləğv edilmiş Vessam Fərhatı əvəz edib. Vadiya 2011-ci ilin aprelində 16 yaşlı oğlanın ölümü ilə nəticələnən məktəb avtobusuna tank əleyhinə raket hücumunda iştirak edib.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью