Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
İsraillilər 7 oktyabr hücumunun ikinci ildönümünü qeyd etmək üçün bu gün ölkə daxilində toplaşacaqlar.
Missiya.Az xatırladır ki, HƏMAS yaraqlılarının 2023-cü ilin 7 oktabrında İsrailin cənubuna görünməmiş hücum zamanı əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın adam öldürülüb və 251 nəfər girov götürülüb.
Bildirilib ki, bu gün Qəzzada HƏMAS-ın əsirliyində qalan girovların azad edilməsi üçün Təl-Əvivdə böyük mitinq keçiriləcək.
Qeyd edək ki, iki il ərzində girovların azad edilməsi bağlı danışıqlar getməsinə baxmayaraq, HƏMAS onların bir qismini hələ də azad etməyib.
Daşqın Həsənov
Missiya.Az