HƏMAS ın nümayəndə heyəti İsraillə danışıqlar aparmaq üçün Misirə gəlib

06.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Heyinin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı İsraillə dolayı danışıqları bərpa etmək üçün Misirə gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında yaydığı məlumatda deyilir.

“Xəlil əl-Heyinin başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qəzzada atəşkəs, İsrail qoşunlarının çıxarılması və fələstinli məhbuslarla girovların dəyişdirilməsi üzrə danışıqlarda iştirak etmək üçün Misirə gəlib”, - deyə məlumatda bildirilir.

Məsləhətləşmələrdə HƏMAS Siyasi Bürosunun başqa hansı üzvlərinin iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью