HƏMAS ın Qəzza rəhbəri öldürüldü

28.05.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Baş naziri Benyamin Netanyahu Həmasın Qəzza üzrə rəhbəri olan Muhammed Sinvarın öldürüldüyünü açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya isyinadla xəbər verir.

Netanyahu Sinvarın 13 may tarixində həyata keçirilən hava zərbəsi nəticəsində öldüyünü bildirib 

Sinvar Həmasın əvvəlki lideri Yahya Sinvarın kiçik qardaşıdır və onun ölümündən sonra təşkilatın rəhbərliyini üzərinə götürmüşdü.

İsrail Müdafiə Nazirliyi, Sinvarın cənazəsinin Xan Yunis şəhərindəki bir tuneldə tapıldığını və zərbənin Avropa Xəstəxanasının altındakı Həmas komanda mərkəzinə endirildiyini açıqlayıb. Zərbə zamanı qaçış yolları və infrastruktur məhv edilib.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью