HƏMAS ın raket məntəqəsi dağıdılıb VİDEO

05.05.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən məntəqədən İsrail ərazisinə raket hücumlarının həyata keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi də aradan götürülüb.
İsrail Silahlı Qüvvələri bu gün, eyni zamanda, Suriya ərazisindəki son əməliyyatlar əsnasında sərhədboyu Hermon dağında vaxtı ikən Bəşər Əsəd rejimi tərəfindən işlədilmiş hərbi qərargahı ələ keçirərək dağıdıb.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью