Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun məlumatına görə, son aylarda Əbu Salam yeni hücumların hazırlanması, o cümlədən Qəzza zolağının cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinə zərbələr endirmək üçün nəzərdə tutulmuş silahların bərpası ilə məşğul olub.
Həmçinin bildirilib ki, 2023-cü il oktyabrın 7-də Əbu Salam HƏMAS-ın hücumu zamanı İsrail ərazisinə daxil olub və Qəzza zolağına aparılan dinc israilli sakinlərin qaçırılmasında iştirak edib.