HƏMAS İranda yerli silahlar hazırlamaq üçün təlim keçib

06.11.2024

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 İranda HƏMAS qüvvələri üçün gizli təlim kursundan 14 səhifəlik qeydlər əldə edib. Qeydlər arasında drona və raket döyüş başlıqları üçün elektron avadanlıq planları da var.

Kəşfiyyatçıların sözlərinə görə, bu təlimin məqsədi və missiyası yerli arsenal qurmaq olub.

HƏMAS qüvvələri yalnız dron istehsalını deyil, həm də raketlərə partlayıcıların bərkidilməsi və əldəqayırma minaların hazırlanması üsullarını öyrəniblər. 2016-cı ildən başlayan təlim 3-5 ay müddətində həyata keçirilib. Təlim İran və HƏMAS arasında sıx əməkdaşlıq çərçivəsində baş tutub və maliyyə, eləcə də silah qaçaqmalçılığını əhatə edib./ Azad İran

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью