HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı

29.11.2024

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.

Xalqcebhesi.az xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.

Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

HƏMAS sözügedən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bildirilib ki, atəş açan şəxs - 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.

O, hücum yerində İsrail Müdafiə Qüvvələrinin hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью