“Həmas İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən çox məmnunam”

09.10.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə olaraq bizim də töhfə verdiyimiz Şarm əl-Şeyxdə keçirilən Həmas-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən çox məmnunam”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrail hökumətini atəşkəslə razılaşmağa sövq etmək üçün lazımi siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Donald Trampa və xüsusilə də razılaşmanın əldə olunmasında mühüm dəstək verən qardaş ölkələrimiz Qətər və Misirə səmimi təşəkkürümü bildirirəm”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə olaraq müqavilənin icrasını yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik.

“Eyni şəkildə, Fələstində 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə siyasətçi əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью