Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında yerləşən Atatra bölgəsində İsrail ordusuna məxsus 10 nəfərlik piyadadan ibarət hərbi birliyə hücum etdiklərini açıqlayıb.
Məlumata görə, hədəfə anti-personal raket atılıb və nəticədə ölən və yaralanan İsrail əsgərləri olub. Lakin hücum nəticəsində dəqiq neçə əsgərin öldüyü və ya yaralandığı barədə dəqiq məlumat verilməyib.
İsrail ordusu hücuma dair rəsmi açıqlama yaymayıb.
İsrail Müdafiə Qüvvələrinin son məlumatlarına əsasən, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ümumilikdə 858 İsrail əsgəri həlak olub, 5906 əsgər isə yaralanıb.
"AzPolitika.info"