HƏMAS İsrailə 10 il müddətinə atəşkəs təklif etməyə hazırdır

08.12.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"HƏMAS hərəkatı münaqişənin həlli və müstəqil Fələstin dövlətinin yaradılması prosesinin bir hissəsi kimi İsrailə 5, 7 və ya 10 il müddətinə atəşkəs və ya barışıq təklif etməyə hazırdır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri HƏMAS-ın üzvü Bassem Naim deyib.

"Burada, ilk növbədə, ABŞ prezidenti Donald Trampın Qəzza sektoruna dair sülh planının birinci mərhələsinin tam başa çatdırılmasından, ikinci növbədə isə nəticəsində müstəqil Fələstin dövlətinin yaranacağı siyasi prosesin başlanmasından söhbət gedir. Bu müddət ərzində biz 5, 7, 10 illik atəşkəsə və ya müvəqqəti barışığa getməyə hazırıq", - o deyib.

Naim həmçinin bəyan edib ki, Fələstin hərəkatı daha da gərginləşmədən və ya davam edən döyüşlərdən qaçmaq üçün İsraillə danışıqlarda hərtərəfli yanaşmaya hazırdır. 

O, təfərrüatları açıqlamadan qeyd edib ki, HƏMAS silahları yerə qoymağı və ya dondurmağı nəzərdən keçirə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью