“HƏMAS” İsrailə yeni şərt qoyub

15.03.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

İsrail Qəzzada atəşkəsə əməl etsə, "HƏMAS” daha bir girovu azad edəcək və dörd nəfərin qalıqlarını qaytaracaq.

Bu barədə "ABC News” Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, "HƏMAS” bu razılaşmaları müstəsna sövdələşmə hesab edir və atəşkəsin ikinci mərhələsi üzrə danışıqların bərpasında israrlıdır.

Bundan əlavə, İsrail Qəzzaya humanitar yardımların daxil olmasına əngəl törətməyi dayandırmalı və öz qoşunlarını zolağın Misirlə sərhədindəki Filadelfi dəhlizindən çıxarmalıdır. Hərəkat həmçinin fələstinli məhbusların azad edilməsini tələb edir.

//Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью