HƏMAS İsrailin milli təhlükəsizlik nazirini dronla öldürməyə cəhd edib

03.09.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin daxili kəşfiyyat xidməti (Şin Bet) ölkənin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, Şin Bet sui-qəsddə iştirak edən HAMAS şəbəkəsinin üzvlərini həbs edib.

Məlumata görə, İtamar Ben Qvirə qarşı sui-qəsd partlayıcı daşıyan dronlar tərəfindən həyata keçirilməli imiş.

Məsələ ilə bağlı araşdırma davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью