HƏMAS İsrailin Qəzza ilə bağlı tələbini rədd etdi

19.02.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

HƏMAS İsrailin Qəzzadan tərksilah edilmək və qüvvələrini geri çəkmək tələbini rədd edib.

Axar.az xəbər verir ki, bunu təşkilatın nümayəndəsi Hazem Qasım deyib.

“HƏMAS-ın Qəzzadan çıxarılması şərti gülünc psixoloji müharibədir. Təşkilatın Qəzzadan çıxarılması və ya tərksilah edilməsi qəbuledilməzdir. Qəzzanın gələcəyi ilə bağlı istənilən razılaşma milli konsensus əsasında həyata keçiriləcək”, - o bildirib.

Qeyd edək ki, İsrail Qəzzada döyüşlər bitdikdən sonra HƏMAS-ın mövcudluğunu saxlamağa icazə verməyəcəyini və onların tamamilə tərksilah edilməsini tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью