HƏMAS israilli girovları azad etmək niyyətini təsdiqləyib

27.01.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.

"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətndə qeyd olunub.

Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.

Öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью