HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

30.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyi göstərilib.

Qeyd edilib ki, digər iki girov Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək.

"Əl-Qəssam" briqadaları daha əvvəl Arbel Yehud da daxil olmaqla, üç girovu azad edəcəyini bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью