HƏMAS la danışıqların birinci raundu: pozitiv olub?

07.10.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

HƏMAS və vasitəçilər arasında danışıqların birinci raundu  "müsbət atmosferdə " başa çatıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Misir kəşfiyyatı ilə əlaqəli olan televiziya kanalı “Əl-Qahera News” məlumat yayıb. Xəbərdə qeyd olunur ki, İsrail nümayəndə heyətinin gəldiyi Şarm əl-Şeyx şəhərində HƏMAS və vasitəçilər arasında danışıqlar bu gün davam etdirilməlidir.

Qeyd edək ki, məlum qanışıqlar ABŞ prezidenti Donald Trampın  döyüşlərin dayandırılması və İsrail həbsxanalarında saxlanılan fələstinlilərin əvəzində Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə dair 20 bəndlik planına əsaslanır.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью