HƏMAS lideri Xameneiyə qarşı çıxdı

11.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran rəhbəri Əli Xameneinin Bəşər Əsədin devrilməsi və Suriyada baş verənlərlə bağlı bugünkü çıxışının ardından HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xalid Məşəl bəyanat yayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, “Əl-Ərəbiyyə”yə müsahibəsində Suriya ilə bağlı Xameneinin sözlərinə əks fikirlər səsləndirib.

“Bəşar Əsədin süqutu münasibəti ilə Suriya xalqını təbrik edirəm, bu, zülm və ədalətsizliyə qarşı inqilab idi”, – Xalid Məşəl bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Əli Xamenei Bəşər Əsədin devrilməsində 3 ölkəni (ABŞ, İsrail və “Suriyanın qonşusu”) günahlandırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью