HƏMAS lideri Xameneiyə qarşı çıxdı Sensasiya

11.12.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran rəhbəri Əli Xameneinin Bəşər Əsədin devrilməsi və Suriyada baş verənlərlə bağlı bugünkü çıxışının ardından HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xalid Məşəl bəyanat yayıb.

Axar.az xəbər verir ki, o, “Əl-Ərəbiyyə”yə müsahibəsində Suriya ilə bağlı Xameneinin sözlərinə əks fikirlər səsləndirib.

“Bəşar Əsədin süqutu münasibəti ilə Suriya xalqını təbrik edirəm, bu, zülm və ədalətsizliyə qarşı inqilab idi”, - Xalid Məşəl bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Əli Xamenei Bəşər Əsədin devrilməsində 3 ölkəni (ABŞ, İsrail və “Suriyanın qonşusu”) günahlandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью