HƏMAS liderinin öldürüldüyü evin son görüntüsü FOTOLAR

24.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Qəzza zolağının cənubundakı Rəfahdakı qarşıdurmalarda həyatını itirən HƏMAS-ın keçmiş lideri Yəhya əs-Sinvarın son geyindiyi hərbi jilet və yaralı halda oturduğu kreslosunun fotosu paylaşılıb.

"Unikal" xəbər verir ki, Sinvarın son anlarını keçirdiyi evin sahibi Əşrəf Əbu Taha bu barədə məlumat paylaşıb. 

O, bildirib ki, HƏMAS liderinin əşyalarını dağıdılmış evinin dağıntıları altından böyük çətinliklə çıxarıb.

Qeyd edək ki,  HƏMAS-ın lideri olmuş Yəhya Sinvar ötən ilin oktyabrın 17-də İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində həyatını itirib.  Belə ki, səhvən İsrail PUA-sı Sinvarın evinə düşüb.  Hadisə nəticəsində Yəhya əs-Sinvar və  daha iki nəfər həyatını itirib. 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью