Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fələstinin HƏMAS radikal hərəkatının liderləri Qəzza zolağından çıxmaq təkliflərini müzakirə etməyi lazım bilmirlər.
Bizimyol.info xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Hussam Badran mətbuatın sualına cavabında deyib.
"Qəzzadakı Həmas liderləri öz torpaqlarında, öz vətənlərində və xalqları arasında yaşayırlar.
Onların getməsi ilə bağlı hər hansı söhbət cəfəngiyyatdır, bunu müzakirə etməyə belə dəyməz", - deyib.
Badranın sözlərinə görə, fələstinlilərin öz torpaqları hüququ var və İsrail “işğal qüvvələrinin bunu təqdim etməyə çalışdığı kimi, HƏMAS və onun rəhbərliyi ilə deyil, bütün Fələstin xalqı ilə vuruşur”.
Aprelin 14-də Əl Hadath telekanalı HƏMAS-ın "özünü siyasi partiyaya çevirməyə hazır olduğunu ifadə etdiyini" bildirib.
Bundan əlavə, verilən məlumata görə, hərəkat “HƏMAS-ın ayrı-ayrı liderlərinin Fələstin anklavından kənarda təqiblərə məruz qalmadıqları təqdirdə Qəzzanı tərk etmələrinə” etiraz etmədiyini açıqlayıb.