“HƏMAS” liderlərinə mobil telefonlardan istifadəni qadağan etdi

12.02.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“HƏMAS” liderləri Qəzzadakı rəsmilərinə müharibə yenidən başlayarsa, İsrailin onları dinləməsinin qarşısını almaq üçün mobil telefonlarından istifadə etməməyi əmr edib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Əş-Şərq Əl-Əvsət” qəzeti məlumat yayıb.

Bildirilib ki, “HƏMAS” üzvlərinin telefonlardan istifadə etməməsinə əsas səbəb İsrailin onları izləyərək öldürəcəyindən qorxmalarıdır. 

Qeyd edək ki, daha öncə “Hizbullah” da öz qüvvələrinə sui-qəsd qorxusu ilə telefonlardan istifadəyə qadağa qoyaraq, əlaqəni peycerlərlə əvəz etmişdi. Ancaq ötən il sentyabrın 18-də İsrail kiberhücum vasitəsilə peycerlərin çoxunu partladıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью