Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
HƏMAS Hərəkatı bəyan edib ki, İsrailin işğalı və pozuntularına baxmayaraq, Qüdsün və Məscidül-Əqsanın islami kimliyini qoruyacaq.
Reyting.az xəbər verir ki, HƏMAS sosial media hesabında 21 avqust 1969-cu ildə Məscidül-Əqsaya qarşı törədilən yanğının 56-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda “İsrailin bütün cinayət və planlarına baxmayaraq, Qüds və Məscidül-Əqsa İslami kimliyini qoruyacaq”,- ifadələri yer alıb.
Bəyanatda İsrailin baş naziri Binyamin Netanyahunun Böyük İsrail çıxışının İsrailin regional və qlobal təhlükəsizliyə yaratdığı təhdidləri ifşa etdiyi vurğulanıb, ərəb və İslam ölkələrindən “Qüds və Məscidül-Əqsanı qorumaq üçün ciddi addımlar atması” tələb edilib.
Xatırladaq ki, Əl-Əqsa məscidi 21 avqust 1969-cu ildə avstraliyalı fanatik Denis Maykl Rohan tərəfindən yandırılıb. Əl-Əqsanın cənub hissəsindəki “Qiblə məscidi”nin şərq hissəsində başlayan yanğın “Səlahəddin əl-Əyyubinin Münbəri” kimi tanınan tarixi abidə də daxil olmaqla, bütün əşyaları külə çevirib.
Qeyd edək ki, Şərqi Qüdsün Köhnə şəhərində yerləşən Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi olma xüsusiyyətini daşıyır.
V. QULİYEV