HƏMAS Misir və Qətərin təşəbbüsü ilə yeni atəşkəs təklifi ilə razılaşıb

19.08.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

HƏMAS hərəkatla İsrail arasında danışıqlarda vasitəçilik edən Misir və Qətərin irəli sürdüyü yeni atəşkəs təklifini qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Al Jazeera Arabic" telekanalına mənbə bildirib.

"Biz vasitəçilərə dünən təqdim etdikləri təkliflə razılaşdığımızı bildirdik", - HƏMAS sözçüsü bildirib.

Əvvəllər bildirilmişdi ki, təklif uzunmüddətli atəşkəslə bağlı danışıqlara başlamaq üçün çərçivə sazişidir.

Məlumata görə, saziş layihəsində əvvəllər ABŞ-nin təklif etdiyi məqamlar var. Xüsusilə, 60 günlük atəşkəsdən və girovların iki mərhələdə azad edilməsindən bəhs edir.

Report.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью