HƏMAS müharibəni bitirməyə hazırdır

22.11.2024

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

HƏMAS Qəzzada müharibənin dayandırılması ilə bağlı danışıqlarda vasitəçilik edən ölkələrlə “təmaslar aparılır”.

Bizimyol.info xəbər verir ki, bu barəbə HƏMAS-dakı mənbə Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzetinə verdiyi məlumatda bildirib.

Onun sözlərinə görə, təşkilat vasitəçilərə bəyan edib ki, şərtlər müharibənin dayandırılması və qoşunların tam çıxarılması prinsipinə əsaslanmaq şərti ilə müsbət cavab verməyə hazırdırlar.

Bu fonda HƏMAS nümayəndə heyəti bu yaxınlarda Əlcəzair, Rusiya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrə səfər edib. Eyni zamanda Misir mövcud vəziyyəti yerində müzakirə etmək və Qəzza inzibati komitəsinin yaradılmasının rəsmi elanına mane olan maneələri aradan qaldırmaq üçün FƏTH nümayəndə heyətini Qahirəyə dəvət edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью