Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 iyun, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək məqsədilə Qahirəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, HƏMAS nümayəndələrinin bir qismi ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş Qəzza atəşkəs razılaşmasının birinci mərhələsinin yekunlaşdırılması ilə bağlı Misir rəsmiləri və vasitəçilərlə keçiriləcək görüşlər ərəfəsində Qahirəyə gəlib.
Məlumata əsasən, Qahirədəki HƏMAS nümayəndə heyətinə Xəlil əl-Həyya rəhbərlik edir.
Hərəkatın “Telegram” kanalında yayımlanan bəyanatda bildirilib ki, nümayəndələr İsrailin Qəzza zolağına yenidən hücumlarının qarşısının alınması və razılaşmanın ikinci mərhələsinə keçid üçün müvafiq mexanizmlərin yaradılması məsələlərini müzakirə edəcəklər.