Həmas Qahirədə atəşkəs danışıqları aparacaq

20.10.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Həmas nümayəndə heyəti bazar ertəsi Qətər və Misir rəsmiləri ilə Qahirədə Qəzzada kövrək atəşkəsin davam etdirilməsi üzrə görüşəcək.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, bazar günü İsrail ordusu Həmas mövqelərinə zərbələr endirib, Həmas isə atəşkəsi pozmaqda İsraili günahlandırıb. Görüşdə həmçinin Qəzzadakı hava hücumları və Fələstin fraksiyalarının birləşdirilməsi məsələləri müzakirə olunacaq.

ABŞ vasitəçiliyi ilə təklif edilən plan Qəzzanı texnokratlardan ibarət müstəqil keçid orqanının idarə etməsini nəzərdə tutur. Mənbələr bildirir ki, son təmaslar nəticəsində Qəzzada nisbi sakitlik bərpa olunub.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью