HƏMAS Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib Doğru Xəbərlər

16.01.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəslə bağlı İsraillə razılaşmanı təsdiqləyib və münaqişədə dönüş nöqtəsi elan edib.

TASS-ın hərəkatın bəyanatına istinadən verdiyi məlumata görə, HƏMAS “Qəzza zolağı ilə həmrəylik ifadə edən və fələstinlilərə dəstək verən hər kəsə” təşəkkür edib.

Bəyanatda deyilir: “Qəzzəyə qarşı təcavüzə son qoyulması ilə bağlı razılaşma bütün Fələstin xalqı üçün nailiyyət və düşmənlə münaqişədə dönüş nöqtəsidir”.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında razılaşmanı alqışlayıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью