Həmas, Qəzzada saxlanılan 48 girovun şəkilini yayımladı Foto

20.09.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Həmas, Qəzzada saxlanılan 48 girovun şəkilini yayımlayaraq, onların hər birini 1988-ci ildən itkin düşmüş İsrail Hava Qüvvələrinin pilotu Ron Arad adlandırıb.

Bizimyol.info xəbər verir ki, İsrail tərəfi bu hərəkətləri baş naziri Benyamin Netanyahu və İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamirə qarşı əks-təbliğat məqsədli bir addım hesab edirlər.

Yayımlanan şəkil üzərindəki mətndə: "Baş nazir Benyamin Netanyahu və İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin kapitulyasiyanı rədd etmə səbəbindən, Qəzza şəhərində hərbi əməliyyat başlamazdan əvvəl sonuncu görüntü", - deyə qeyd edolib.

Mətnin məzmununa əsaslanaraq, Həmas, Netanyahunu atəşkəsə və girovların azad edilməsinə dair hər hansı bir razılaşma əldə etməkdən imtina etməkdə ittiham edir. Eyni zamanda, general Eyal Zamirin Qəzza şəhərini ələ keçirmək əmri verildiyi halda, bu plana qarşı olduğunu iddia edənlərə qarşı hərəkət etdiyi bildirilir.

Bu hadisə Qəzza münaqişəsinin hələ də davam etdiyini və həm regionda, həm də beynəlxalq aləmdə gərginliyin artdığını göstərir. Həmçinin, bu növ əks-təbliğat addımların hər iki tərəf üçün məlumat müharibəsinin bir hissəsi olduğunu söyləmək mümkündür. Bu vəziyyət, xüsusilə girovların həyatına dair məsələlərə dair beynəlxalq hüququn və humanitar qaydaların ciddi şəkildə pozulması kimi qəbul edlir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью